İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın ölkəyə qarşı dəniz blokadasını gücləndirməsi halında Tehranın hərbi cavab verəcəyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Əgər blokadanı gücləndirsələr, mütləq hərbi cavab verəcəyik və bunun nəticəsində hamı əziyyət çəkəcək”, – Qalibaf deyib.
O, İranın Fars körfəzindən neft ixracının qarşısının alınacağı təqdirdə, digər ölkələrin də neft ixracına imkan verilməyəcəyini vurğulayıb.
“Əgər düşmənin niyyəti bizim Fars körfəzindən neft ixrac edə bilməməyimizdirsə, heç kim neft ixrac edə bilməyəcək”, – İran parlamentinin sədri bildirib.
Rauf
























