image-mehemmed-bagir-qalibafbackend

Qalibaf: “ABŞ Hörmüz boğazına nəzarət edirsə, niyə bunu hər gün təkrarlayır?”

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-ın Hörmüz boğazında gəmiçiliyə nəzarət etməsi ilə bağlı açıqlamalarını tənqid edib.

İNFOAZ.MEDİA xəbər verir ki, Qalibaf bildirib ki, ABŞ boğazdan bir neçə gəmini “oğrular və qaçaqmalçılar kimi” keçirməyə çalışır, lakin İran Silahlı Qüvvələri buna mane olur. Onun sözlərinə görə, İran Silahlı Qüvvələri Hörmüz boğazına tam nəzarət edir.

“Əgər boğaz ABŞ-ın nəzarətindədirsə, niyə bunu hər gün təkrarlamaq və adalarımıza hücum etmək ehtiyacı hiss edirlər?” – Qalibaf deyib.

O, həmçinin ABŞ-ın gəmilərə boğazdan təhlükəsiz keçə biləcəklərinə dair “yalan təminat” verdiyini, lakin daha sonra həmin gəmilərin hücuma məruz qaldığını iddia edib.

Qalibafın açıqlaması ABŞ qüvvələrinin avqustun 30-da İranın Larak adasındakı hərbi obyektlərinə zərbələr endirməsindən sonra Hörmüz boğazına nəzarət uğrunda gərginliyin artdığı bir vaxtda səslənib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki