image-pakistan-terror-768x403backend

Pakistanda terror aktı TÖRƏDİLİB

Xayber-Paxtunxva əyalətinin Bacaur bölgəsində terror hücumu baş verib.

İNFOAZ.MEDİA xəbər verir ki, partlayıcı maddələrlə doldurulmuş avtomobili idarə edən kamikadze hərbi bazanın ərazisinə daxil olaraq bombanı partladıb. Hadisədən dərhal sonra digər silahlılar da hərbçilərə atəş açmağa başlayıblar.

Hücum nəticəsində azı 9 hərbçi həyatını itirib, 20-dən çox yaralı var.

Jalə

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki