Nvidia şirkətinin baş direktoru Jensen Huang süni intellektin qlobal iqtisadiyyata təsirindən danışıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Huang bildirib ki, dünya yeni sənaye inqilabının başlanğıcındadır və süni intellekt artıq məhsuldar iqtisadi infrastruktur rolunu oynayır.
Onun sözlərinə görə, ABŞ süni intellektin bütün texnoloji zəncirini quraraq bu sahədə liderliyini davam etdirəcək. Bununla belə, hər bir ölkə ehtiyac duyduğu texnologiyaları əldə edərək öz süni intellekt iqtisadiyyatını formalaşdıra bilməlidir.
“Biz sənaye inqilabının başlanğıcındayıq və texnologiya məhsuldar iqtisadi infrastruktura çevrilib”, – Huang bildirib.
Rauf
























