image-the-obamas-potusbackend

Netanyahu Obamanın İran sazişini tənqid etdi: “Yoxlamalara qədər bütün materialları gizlədirdilər”

İsrailin Baş naziri Benjamin Netanyahu keçmiş ABŞ prezidenti Barak Obama dövründə İranla bağlanmış nüvə sazişini sərt tənqid edib.

INFOAZ.MEDİA xəbər verir ki, Netanyahu bildirib ki, həmin razılaşma çərçivəsində İran yoxlamalar barədə əvvəlcədən xəbərdar edilirdi və bu, Tehranın nüvə fəaliyyətinin izlərini gizlətməsinə imkan yaradırdı.

“Biz İranı yoxlamalardan bir ay əvvəl xəbərdar edirdik. Onlar isə bütün nüvə materiallarını çıxarır, obyektləri boşaldır və hər şeyi başqa yerə köçürürdülər. Sizcə, bu, yaxşı yoxlama mexanizmidir?” – deyə Netanyahu bildirib.

İsrail baş naziri hesab edir ki, İranın nüvə proqramına nəzarət üçün tətbiq olunan əvvəlki yoxlama prosedurları kifayət qədər effektiv olmayıb və Tehrana fəaliyyətini gizlətmək imkanı verib. Bu mövqe Netanyahu tərəfindən uzun illərdir müdafiə olunur və o, İranla bağlı daha sərt nəzarət mexanizmlərinin tərəfdarı olduğunu dəfələrlə bəyan edib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki