Netanyahubackend

Netanyahu: “Fars körfəzinə alternativ enerji marşrutları formalaşır”

İsrailin Baş naziri Benyamin Netanyahu qlobal enerji daşımalarında yeni marşrutların meydana çıxdığını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Netanyahunun sözlərinə görə, ölkələr enerji təchizatında alternativ mənbələr və nəqliyyat yolları üzərində işləyirlər. O qeyd edib ki, bu proses artıq başlayıb və gələcəkdə daha da sürətlənəcək.

“İnsanlar alternativ mənbələr inkişaf etdirəcəklər və artıq alternativ marşrutlar formalaşdırırlar. Bütün enerjinin Fars körfəzi vasitəsilə daşındığı dövrün əvəzinə başqa yollar da olacaq”, – deyə İsrailin baş naziri vurğulayıb.

Netanyahu bildirib ki, qlobal enerji bazarında dəyişən geosiyasi şərait ölkələri yeni logistika və təchizat marşrutları axtarmağa sövq edir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki