NATO-nun baş katibi Mark Rutte gənc ruslara müraciət edərək onları Ukraynadakı müharibəyə qoşulmamağa çağırıb.
İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, cəbhəyə göndərilən rus əsgərlərinin əksəriyyəti kifayət qədər hazırlıq keçmir və onlara verilən hərbi texnika da lazımi səviyyədə deyil.
Rutte vurğulayıb ki, döyüşlərdə yaralanmaq və ya həlak olmaq ehtimalı çox yüksəkdir. Onun sözlərinə görə, yaralanan hərbçilərin bir hissəsi döyüş meydanında köməksiz vəziyyətdə qalır və həyatını itirir.
NATO baş katibi Rusiyanın on minlərlə hərbi itkisindən danışarkən bunun sadəcə statistika olmadığını, həmin talenin müharibəyə qoşulan gəncləri gözləyə biləcəyini qeyd edib.
Rauf
























