image-637896079117097981backend

Nabih Berri: Hizbullah və İsrail eyni vaxtda geri çəkilməlidir

Livanın Parlament Sədri Nabih Berri bildirib ki, Cənubi Livandakı vəziyyət yalnız qarşılıqlı addımlar çərçivəsində həll oluna bilər.

İNFOAZ.MEDİA xəbər verir ki, Berri qeyd edib ki, Hİzbullah Litani çayının cənubundan geri çəkilməyə hazırdır, lakin bunun üçün eyni anda İsrailin də Livan ərazisindəki işğal olunmuş bölgələrdən çıxması lazımdır.

“Əgər İsrail eyni vaxtda işğal etdiyi Livan ərazilərindən geri çəkilərsə, Hizbullah da Litani çayının cənubundan çıxacaq”, – deyə o bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki