Moldova hökumətində Avropa İttifaqına inteqrasiya prosesi ilə bağlı diqqətçəkən açıqlamalar verilib.
İNFOAZ.MEDİA xəbər verir ki, Baş nazir müavini Yevgeni Osmoshesku bildirib ki, ölkənin Aİ-yə üzvlük prosesinin 2028-ci ildən sonra bloklanması və ya ciddi şəkildə ləngiməsi halında Moldova ilə Rumıniyanın birləşməsi mümkün ssenari kimi nəzərdən keçirilə bilər.
Onun sözlərinə görə, Kişinyovun əsas strateji məqsədi 2028-ci ilin sonunadək Avropa İttifaqına üzvlük sazişinin imzalanmasıdır.
Moldova xarici işlər naziri Mixay Popşoy isə referendum keçirilməsi halında Rumıniya ilə birləşmə ideyasına “hə” səsi verəcəyini bildirib.
Daha əvvəl prezident Maya Sandu da Rumıniya ilə birləşmənin Avropa inteqrasiyasını sürətləndirə biləcək mümkün variantlardan biri olduğunu istisna etməyib.
Rəsmi Kişinyovda qeyd olunur ki, istənilən qərar yalnız siyasi konsensus və vətəndaşların iradəsi əsasında qəbul oluna bilər.
Rauf
























