Mixael Şumaxerdən xəbər var: səhhəti yaxşılaşırbackend

Mixael Şumaxerdən xəbər var: səhhəti yaxşılaşır

Yeddiqat Formula 1 dünya çempionu Mixael Şumaxer tibb işçilərinin köməyi ilə evində əlil arabasında hərəkət etməyə başlayıb.

İNFOAZ.MEDİA xəbər verir k, keçmiş pilot artıq yataq xəstəsi deyil, lakin müstəqil şəkildə hərəkət edə bilmir. Buna görə də o, ev şəraitində tibb bacıları və terapevtlərin nəzarəti altında gəzdirilir.

Daha əvvəl jurnalist Feliks Qorner Şumaxerin səhhəti ilə bağlı açıqlama verərək, onun tamamilə baxıcılarından asılı olduğunu və daimi qayğıya ehtiyac duyduğunu bildirmişdi.

Xatırladaq ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Alp dağlarında xizək sürərkən ağır kəllə-beyin travması alıb və komaya düşüb. Hazırda o, Cenevrə gölü sahilində yerləşən villasındа müalicəsini davam etdirir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki