Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən amerikalı milyarder Elon Mask süni intellektin beş il ərzində bütün bəşəriyyətin kollektiv zəkasından daha üstün olacağını bildirib.
İNFOAZ.MEDİA-nın xəbərinə görə, Mask qeyd edib ki, süni intellektin inkişaf tempi bu ilin sonuna qədər onu istənilən insandan daha ağıllı edə bilər. Onun sözlərinə görə, süni intellekt və robototexnika sahəsində misli görünməmiş iqtisadi artım gözlənilir və yaxın gələcəkdə robotların sayı insanlardan çox olacaq.
Milyarder vurğulayıb ki, robotlar əl əməyini azaldaraq cəmiyyətə böyük töhfə verəcək, yaşlılara və uşaqlara qulluqda geniş istifadə olunacaq. Mask həmçinin Tesla-nın 2027-ci ildə Optimus humanoid robotlarının satışına başlamağı planlaşdırdığını xatırladıb.
“The rate at which AI is progressing, I think we might have AI that is smarter than any human by the end of this year, or no later than next year, and then probably by 2030 or 2031, AI will be smarter than all of humanity collectively.”
一 Elon Musk pic.twitter.com/xtlgj6oQsr
— DogeDesigner (@cb_doge) January 22, 2026
Rauf
























