image-marko-rubio21backend

Marko Rubio: İran nüvə silahı əldə etsə, vəziyyət daha təhlükəli olacaq

ABŞ dövlət katibi Marko Rubio İranın nüvə silahı əldə etməsinin ciddi qlobal təhlükə yaradacağını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Rubionun sözlərinə görə, İran nüvə silahına sahib olarsa, bu vəziyyət Şimali Koreya nümunəsindən daha təhlükəli ola bilər.

O qeyd edib ki, Tehran belə bir silaha malik olduğu təqdirdə İsraili məhv etməyə cəhd göstərə bilər və beynəlxalq ictimaiyyətin buna qarşı təsir imkanları xeyli məhdudlaşar.

ABŞ rəsmisi vurğulayıb ki, İranın nüvə silahı əldə etməsinin qarşısının alınması Vaşinqtonun əsas xarici siyasət prioritetlərindən biridir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki