Kanadanın Baş naziri Mark Karni Türkiyəyə səfəri zamanı Anıtqəbri ziyarət etdiyini və iki ölkə arasındakı dostluğun əhəmiyyətini vurğulayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Karni Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət edərək ehtiramını ifadə etdiyini bildirib.
O qeyd edib ki, Anıtqəbir sülh parkı ilə əhatə olunub. İkinci Dünya müharibəsindən sonrakı illərdə Kanada da daxil olmaqla, dünyanın müxtəlif ölkələri həmin parkda əkilməsi üçün ağaclar göndərib.
Karni vurğulayıb ki, bu gün park xalqlar arasında dostluğun və sülhə dair ortaq ümidin canlı rəmzidir.
“Bu, bizə ən güclü tərəfdaşlıqların zamanla formalaşdığını xatırladır. Onlar qarşılıqlı hörmət, davamlı öhdəlik və ortaq məqsədlərlə möhkəmlənir. Bu gün isə həmin məqsəd əvvəlkindən daha böyük əhəmiyyət daşıyır”, – deyə Kanada hökumətinin başçısı bildirib.
Rauf
























