image-699e635942348backend

Lankov bu çıxışına görə Latviyadan deportasiya edildi

Latviya Xarici İşlər Nazirliyi şərqşünas tarixçi Andrei Lankov-u arzuolunmaz şəxs elan edərək ölkəyə girişinə qeyri-müəyyən müddətə qadağa qoyub. Alim bu məlumatı təsdiqləyib və qərarın səbəblərinin açıqlanmadığını bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, hadisə alimin Riqada “Şimali Koreya: Elitaların İstədikləri və Qorxduqları” mövzusunda mühazirə keçirdiyi zaman baş verib. Tədbir başlamazdan əvvəl hüquq-mühafizə orqanları zala gələrək onu saxlayıb və immiqrasiya xidmətinə aparıblar. Daha sonra rəsmi qərar əsasında sənədləşmə aparılıb və Lankov Estoniya sərhədinə təhvil verilib.

Latviyada arzuolunmaz şəxs elan edilən şərqşünas alim Andrei Lankov qərarı şərh edərək bunu qalmaqallı addım adlandırıb. O bildirib ki, ölkədən qadağa ilə bağlı ona və vəkillərinə rəsmi izah verilməyib. Alim qərarın onun Şimali Koreya ilə bağlı fikirlərinin “həddindən artıq obyektiv” və siyasi baxımdan uyğun sayılmaması ilə əlaqəli ola biləcəyini düşünür.

Latviya Xarici İşlər Nazirliyi isə qərarın milli təhlükəsizlik qurumlarının məlumatlarına və İmmiqrasiya Qanununun müvafiq maddəsinə əsaslandığını açıqlayıb. Bildirilib ki, giriş qadağası müddətsizdir və təhlükəsizlik və ictimai asayiş riskləri ilə bağlıdır. Dövlət Təhlükəsizlik Xidməti də Lankovun fəaliyyətində potensial risklərin müəyyən edildiyini təsdiqləyib.

Alim məhkəməyə müraciət etməyi planlaşdırmadığını və artıq diplomatik kanallar vasitəsilə məsələni həll etməyə çalışdığını deyib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki