ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton amerikalı maliyyəçi Ceffri Epşteynin cinayətləri barədə heç bir məlumata malik olmadığını açıqlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, o, Epşteyn işi ilə bağlı ABŞ Konqresi qarşısında qapalı iclasda ifadə verib. Buna baxmayaraq, Klinton açıqlamasını sosial media hesabında da paylaşıb.
Klinton bildirib ki, Epşteynlə görüşdüyünü xatırlamır, onun təyyarəsində uçmayıb, adasına, evinə və ya ofisinə getməyib. O, həmçinin Epşteyn və Ghislaine Maxwellin törətdiyi cinayətlər barədə məlumatının olmadığını vurğulayaraq əlavə edəcək sözünün olmadığını qeyd edib.
Jalə
























