tramp imzabackend

Kanada Sülh Şurasından kənarda qaldı

ABŞ Prezidenti Donald Tramp Kanadanın Baş naziri Mark Karninin Sülh Şurasına qoşulmaq üçün aldığı dəvətin geri götürüldüyünü açıqlayıb. O, bu barədə Truth Social platformasında paylaşım edib.

İNFOAZ.MEDİA-nın xəbərinə görə,  Tramp bildirib ki, dəvət Kanadanın təşkilata qoşulması ilə bağlı əvvəlcədən göndərilsə də, artıq qüvvədə deyil.

Qeyd edək ki, Tramp daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin Fələstin xalqına dəstək məqsədilə Sülh Şurasına 1 milyard dollar ayırmaq təklifini “çox maraqlı” adlandırmışdı.

Xatırladaq ki, Sülh Şurası yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 20 ölkənin iştirakı ilə yaradılıb. Təşkilatın nizamnaməsini ABŞ, Azərbaycan, Türkiyə, Qazaxıstan, Ermənistan, Macarıstan, Özbəkistan və digər ölkələr imzalayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki