İsrail–Livan atəşkəsi ilə bağlı yeni detallar açıqlandıbackend

İsrail və Livan atəşkəs razılaşması üzrə ilkin anlaşma əldə edib

İsrail və Livan ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində atəşkəsin tətbiqi barədə ilkin razılığa gəlib.

İNFOAZ.MEDİA xəbər verir ki, razılaşmanın qüvvəyə minməsi üçün əsas şərt Hizbullahın bütün hücumları tam şəkildə dayandırmasıdır. Plan çərçivəsində Hizbullah döyüşçülərinin Livanın cənubundan, Litani çayı ilə İsrail sərhədi arasındakı ərazilərdən çıxarılması nəzərdə tutulur.

Eyni zamanda, həmin bölgələrdə nəzarətin Livan ordusuna verilməsi və müəyyən olunmuş ərazilərdə dövlət strukturlarının yerləşdirilməsi planlaşdırılır.

Tərəflər arasında əldə olunan razılaşmanın icrası və təhlükəsizlik mexanizmləri ilə bağlı detallı mərhələlərin hələ də müzakirə olunduğu bildirilir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki