İsrailin Suriya ilə təhlükəsizlik razılaşmasına dair danışıqları nəticəsiz qalıb.
İNFOAZ.MEDİA xəbər verir ki, “Walla”nın məlumatına görə, bunu yüksək rütbəli israilli rəsmilərdən biri bildirib. Onun sözlərinə görə, tərəflər arasında əsas fikir ayrılıqlarından biri İsrailin bufer zonadan geri çəkilməsi məsələsi olub.
Bununla belə, rəsmi şəxs Dəməşqlə əlaqələrin hələ də açıq qaldığını qeyd edib. İsrailin müdafiə naziri İsrael Katz da ötən həftə İsrail qüvvələrinin təhlükəsizlik təhdidləri aradan qalxana qədər bufer zonadan çıxmayacağını bildirib.
Rauf
























