İsrailin xarici işlər naziri Gideon Saar Britaniyanın Qərb Şəriyədəki İsrail məskunlaşmalarına qarşı “genişmiqyaslı” sanksiyalar paketi hazırladığını açıqlamasından sonra Londona qarşı cavab tədbirləri görülə biləcəyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, “Britaniya İsrailə qarşı hərəkət edərsə, İsrail də Britaniyaya qarşı hərəkət edəcək”, – Saar deyib.
Britaniya Qərb Şəriyədəki İsrail məskunlaşmalarından gələn mallara ticarət məhdudiyyətləri tətbiq etməyi, britaniyalı şirkətlərin məskunlaşmaların maliyyələşdirilməsində və tikintisində iştirakını qadağan etməyi, həmçinin iki ölkə arasındakı daha geniş iqtisadi münasibətləri nəzərdən keçirməyi planlaşdırır.
Britaniyanın xarici işlər naziri Ed Miliband İsrailin E1 məskunlaşma layihəsinin gələcək Fələstin dövlətinin qurulmasını mümkünsüz vəziyyətə sala biləcəyini bildirib.
İsrailin Britaniyalı rəsmiləri Qəzzadakı atəşkəsə nəzarət mərkəzindən çıxarmağı da nəzərdən keçirdiyi bildirilir. Daha əvvəl Niderland və İspaniya rəsmilərinə qarşı analoji addım atılıb.
Mövcud gərginlik fonunda İsrail-Britaniya münasibətləri faktiki olaraq “dondurulmuş” vəziyyətdə qiymətləndirilir.
Rauf
























