Çin Xalq Respublikasının Sədri Si Cinpin Hörmüz boğazının vəziyyəti ilə bağlı açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, Hörmüz boğazı açıq qalmalı və normal gəmiçilik hərəkəti təmin edilməlidir. Cinpin qeyd edib ki, bu, region ölkələrinin və beynəlxalq ictimaiyyətin ümumi maraqlarına uyğundur.
Çin lideri vurğulayıb ki, ticarət və enerji daşımalarının təhlükəsizliyi qlobal sabitlik üçün mühüm əhəmiyyət daşıyır və bu marşrutun bağlanması dünya iqtisadiyyatına ciddi təsir göstərə bilər.
Jalə
























