image-5839108825074568801backend

Hizbullahın PUA-sı İsrail generalının avtomobilini vurub

Hizbullahın FPV tipli pilotsuz uçuş aparatı Cənubi Livanda səfərdə olan İsrail Ordusunun Şimal Komandanlığının rəhbəri, general-mayor Rafi Milonun avtomobilinə birbaşa zərbə endirib.

İNFOAZ.MEDİA xəbər verir ki, İsrail KİV-lərinin yaydığı məlumata görə, hadisə bir neçə həftə əvvəl baş versə də, məlumat üzərində tətbiq edilən media qadağası yeni götürüldüyündən indi ictimaiyyətə açıqlanıb.

Bildirilir ki, Rafi Milo və onunla birlikdə olan qərargah zabiti zərbədən cəmi bir neçə saniyə əvvəl avtomobildən düşüblər. Bu səbəbdən hücum nəticəsində yüksək rütbəli hərbçilər xəsarət almayıblar.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki