hakan fidanbackend

Hakan Fidan: “Netanyahu artıq dayandırılmalıdır”

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin Baş naziri Benyamin Netanyahu haqqında sərt açıqlamalar verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Fidan Netanyahunu “Fələstinlilərin və müsəlmanların qanının tökülməsindən zövq alan cinayətkar” adlandıraraq onun artıq dayandırılmalı olduğunu bildirib.

Türkiyəli nazir Netanyahunun yürütdüyü siyasətin İsrailə, Fələstinə və bütün regiona böyük zərər vurduğunu deyib.

Fidan qeyd edib ki, Netanyahunun açıqlamalarından onun Fələstin dövlətinin yaradılmasını istəmədiyi, həmçinin region ölkələrində davam edən işğallardan geri çəkilmək niyyətində olmadığı görünür.

Onun sözlərinə görə, bu yanaşma artıq yalnız Türkiyə üçün deyil, bütün region və beynəlxalq ictimaiyyət üçün ciddi təhlükədir.

Fidan beynəlxalq sistemin Netanyahunun yaratdığı təhlükəyə qarşı mübarizə aparmalı olduğunu vurğulayıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki