Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin Baş naziri Benyamin Netanyahu ilə bağlı sərt açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, Fidan Netanyahunu “bəşəriyyətin və beynəlxalq ictimaiyyətin ortaq düşməninə çevrilmiş cinayətkar və soyqırım törədən şəxs” adlandırıb.
“Netanyahu və onun təmsil etdiyi düşüncə tərzi təkcə Türkiyə üçün deyil, bütövlükdə qlobal təhlükəsizlik üçün təhdiddir”, – deyə Fidan bildirib.
Türkiyəli nazir bunun yalnız Türkiyənin problemi kimi qiymətləndirilməsinin “ciddi səhv” olacağını vurğulayıb.
Fidan qeyd edib ki, “soyqırım törədən Netanyahu”nun regiona, İsrailə, yəhudi xalqına və bütün dünyaya vurduğu zərərə son qoyulmalıdır.
Rauf
























