Türkiyənin xarici işlər naziri Hakan Fidan İsraildə seçkilər ərəfəsində Türkiyənin siyasi ritorikada istifadə olunmasına qarşı çıxıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Fidan Türkiyənin gözdən salınması və demonizə edilməsi yolu ilə radikal siyasi partiyaların tərəfdarları arasında səs toplamaq cəhdlərini ucuz siyasi gediş adlandırıb.
“İsraildə seçkilər ərəfəsində Türkiyədən siyasi ritorikada istifadə olunmasını qəti şəkildə rədd edirik.
Açığını desək, Türkiyəni alçaltmaq və şeytanlaşdırmaq yolu ilə müəyyən radikal siyasi partiyaların tərəfdarları arasında səs toplamaq cəhdlərini ucuz siyasi gediş hesab edirik.
Bunda ciddi qəbul edilməli heç nə yoxdur”, – Fidan bildirib.
Rauf
























