Almaniya kansleri Fridrix Merts Ukraynada davamlı sülhün əldə olunması üçün Avropanın və Ukraynanın prosesdə iştirakının vacibliyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Merts heç bir tərəfin iştirakı olmadan Ukrayna ilə bağlı uzunmüddətli həllin əldə edilə bilməyəcəyini vurğulayıb.
“Avropanın iştirakı olmadan Ukraynada davamlı sülh olmayacaq. Ukraynalıların və avropalıların iştirakı olmadan onların taleyinə dair davamlı həll yolu tapıla bilməz.
Bu, birgə səylərlə həyata keçirilməlidir”, – deyə Almaniya kansleri qeyd edib.
Rauf
























