İranın Xarici İşlər naziri Abbas Əraqçi ABŞ və müttəfiqlərinə məxsus obyektlərin hədəf alındığını və bu addımların “özünümüdafiə” xarakteri daşıdığını bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Əraqçinin sözlərinə görə, İran Silahlı Qüvvələri ABŞ-nin mülki ticarət gəmiçiliyinə qarşı istifadə edilməsinə icazə verilən və atəşkəsin pozulmasına səbəb olan obyektlərə qarşı zərbələr endirir.
“İstənilən düşmənçilik addımı dərhal və qəti cavabla qarşılanacaq. Sanksiyalar və müharibənin bacarmadığını daha çox müharibə ilə əldə etmək mümkün olmayacaq”, – deyə İran XİN başçısı vurğulayıb.
O əlavə edib ki, İranın atdığı addımlar yalnız özünümüdafiə məqsədi daşıyır və regionda gərginliyin daha da artmaması üçün qarşı tərəfin hərbi əməliyyatları dayandırması vacibdir.
Jalə
























