Drujba neft kəməri ilə bağlı yaranmış vəziyyətə görə məsuliyyət Ukraynanın deyil, Rusiyanın üzərinə düşür. Bu fikri Vladimir Zelenski səsləndirib.
İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, boru kəmərinin zədələnməsi Rusiyanın hərəkətləri nəticəsində baş verib və Kiyevin bu proseslə əlaqəsi yoxdur. Zelenski bildirib ki, Ukraynanın Rusiyanın infrastruktura hücum etdiyini təsdiqləyən peyk görüntüləri və tərəfdaşlardan əldə olunmuş sübutları var.
Ukrayna prezidenti əlavə edib ki, əgər Viktor Orban enerji məsələsini həll etmək istəyirsə, Moskva ilə danışıqlar aparmalıdır. O vurğulayıb ki, Rusiya dağıntı törədib, Ukraynanın isə bunu bərpa etməsi ədalətli deyil və üstəlik, təkrar hücumlar səbəbindən təmir işləri təhlükəli qalır.
Qeyd edək ki, Macarıstan Ukraynanı boru kəməri ilə neft nəqlinin dayanmasında ittiham edir.
Rauf
























