image-697302ac0e20a535edcbd353backend

Dörd mərhələli yenidənqurma: Cənubdan şimala uzanan model

Sülh Şurası çərçivəsində çıxış edən ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner Qəzzə üçün hazırlanmış mərhələli sülh və yenidənqurma planını təqdim edib. Onun sözlərinə görə, yenidənqurma prosesi cənubdan şimala doğru dörd mərhələdə həyata keçiriləcək.

İNFOAZ.MEDİA-nın xəbərinə görə, Kuşner bildirib ki, planın əsas şərti təhlükəsizliyin təmin olunmasıdır və bu məqsədlə HƏMAS-ın silahsızlaşdırılması üzərində iş aparılır. O vurğulayıb ki, təhlükəsizlik olmadan investisiya və iqtisadi inkişaf mümkün deyil.

Plana əsasən, ilk mərhələdə Rəfah və Xan Yunis, son mərhələdə isə Qəzza şəhəri yenidən qurulacaq. Sahilboyu turizm zonaları, sənaye mərkəzləri, yaşayış massivləri, hava limanı və dəniz limanı inşa olunması nəzərdə tutulur.

Kuşnerin təqdim etdiyi hədəfə görə, 2035-ci ilə qədər Qəzza iqtisadiyyatının 10 milyard dollara çatdırılması, adambaşına gəlirin isə 13 min dollar olması planlaşdırılır. Yenidənqurma və inkişaf üçün ümumilikdə təxminən 30 milyard dollardan çox investisiya nəzərdə tutulur.

Rauf

image-697301e70e20a535edcbd34c image-697302640e20a535edcbd351


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki