İqtisadçı Mixail Zeltser yaxın bir ildə dolların 85 rubla, avronun 100 rubla, yuanın isə 12 rubla çatacağını proqnozlaşdırır.
İNFOAZ.MEDİA xəbər verir ki, onun sözlərinə görə, hazırda rubl həddindən artıq möhkəmlənib, xarici valyutalar isə ucuzlaşıb.
Ekspert mövcud enişi sərfəli investisiya imkanı adlandırır və Mərkəzi Bankın əsas faiz dərəcəsinin ilin sonuna qədər 12% səviyyəsində qalacağını gözləyir. Rublun möhkəmlənməsi sərt pul siyasəti və idxala tələbatın azalması ilə əlaqələndirilir.
Jalə
























