Abbas Əraqçi İsrailə münasibət barədə açıqlama verərək bildirib ki, diplomatiyanı pozmağa çalışan “təxribatçılar” mövcuddur.
İNFOAZ.MEDİA xəbər verir ki, o qeyd edib ki, müharibə tərəfdarı olan qüvvələr ABŞ-ni yenidən yeni bir münaqişəyə çəkməyə çalışır. Əraqçi əlavə edib ki, bu cür dairələr regionda gərginliyi artırmağa xidmət edir və diplomatik prosesləri zəiflətməyə cəhd göstərir.
İran XİN başçısı ümid etdiyini bildirib ki, bölgədə “ağıl və diplomatiya” sonda qalib gələcək və mövcud gərginliklər danışıqlar yolu ilə həll edilə bilər.
Rauf























