Səudiyyə Ərəbistanında dəvələr üçün məcburi pasport sistemi tətbiq olunub.
İNFOAZ.MEDİA xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, hər bir dəvə haqqında cinsi, sahibi və fərdi xüsusiyyətləri əks etdirən rəsmi sənəd hazırlanacaq.
Pasportlar peyvəndlər və baytarlıq prosedurlarını əhatə edən rəqəmsal qeydiyyat rolunu oynayacaq. Bu yenilik sanitariya nəzarətini gücləndirəcək, mülkiyyətin təsdiqini və damazlıq işlərində şəffaflığı asanlaşdıracaq.
Dəvə pasportları ölkənin “Vizyon 2030” strategiyası çərçivəsində kənd təsərrüfatının rəqəmsallaşdırılması proqramının bir hissəsidir.
Rauf
























