ABŞ-ın vitse-prezidenti Cey Di Vens Rusiya ilə dizel yanacağı ilə bağlı razılaşma və Vaşinqtonun Moskva ilə əməkdaşlıq imkanları barədə danışıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Vens Prezident Donald Trampın Rusiya ilə münasibətlərdə realist mövqe tutduğunu və ABŞ-ın maraqlarını əsas götürdüyünü bildirib.
“Mən sizi əmin edə bilərəm ki, onlar ABŞ prezidentini asanlıqla manipulyasiya edə bilməzlər. O, məsələyə çox realist yanaşır.
Sual ondan ibarətdir ki, prosesdə ABŞ-a fayda verə biləcək şəkildə digər ölkələrlə, hətta rəqib dövlətlərlə əməkdaşlıq etmək mümkündürmü?
Düşünürəm ki, Tramp Rusiya ilə məsələlərin 50 faizi, hətta 90 faizi üzrə fikir ayrılığımızın ola biləcəyini anlayır. Lakin Amerika fermerlərinin xərclərini azaltmaq imkanı varsa, niyə bundan istifadə etməyək?”, – deyə Vens bildirib.
Jalə
























