image-bcc-2024-explorer-brussels-best_places_to_visit-header-mobilebackend

Brüssel: ABŞ texnologiyalarından asılılıq təhlükəsizlik riski yaradır

Avropa İttifaqının müdafiə sistemlərinin ABŞ texnologiyalarından yüksək asılılığı ilə bağlı yeni hesabat narahatlıq yaradıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Brüsseldə yerləşən bir beyin mərkəzinin açıqlamasına görə, Avropadakı ölkələrin 75 faizindən çoxu kritik müdafiə sistemlərində ABŞ-ın böyük texnologiya şirkətlərinin bulud xidmətlərindən istifadə edir. Bu şirkətlər arasında Microsoft, Amazon Web Services, Google və Oracle yer alır.

Hesabatda qeyd olunur ki, rəsmi olaraq sistemin uzaqdan söndürülməsi mexanizmi təsdiqlənməsə də, ABŞ qanunları, o cümlədən CLOUD Act, sanksiyalar və ya proqram yeniləmələrinin dayandırılması kimi amillər Avropanın müdafiə sistemlərinə təsir göstərə bilər.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki