Bessentbackend

Bessent: “İran məsələsində Çinlə fikir ayrılığımızdan daha çox ortaq mövqeyimiz var”

ABŞ-ın maliyyə naziri Skott Bessent İranla bağlı açıqlamasında Vaşinqtonun digər ölkələrə qarşı sərt mövqe sərgilədiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, “Biz insanlara deyirik: ya bizimləsiniz, ya da bizə qarşısınız”, – Bessent deyib.

O, Çinin İran məsələsində ABŞ-la münasibətlərinə də toxunaraq bildirib: “Hamı məndən soruşur: Çin necə? Mən deyirəm ki, İran məsələsində çinlilərlə fikir ayrılığımızdan daha çox ortaq mövqeyimiz var.”

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki