Almaniya kansleri Fridrix Merts Hizbullahı İsrailə qarşı hücumları dərhal dayandırmağa və silahları yerə qoymağa çağırıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Merts bildirib ki, Almaniya hökuməti eyni zamanda İsraili də aprel ayında əldə olunmuş atəşkəs razılaşmasına riayət etməyə və Livanın cənubundakı mülki əhalinin qorunmasını təmin etməyə çağırır.
Kanslerin sözlərinə görə, bölgədə gərginliyin azaldılması ABŞ Prezidenti Donald Tramp ilə İran rəhbərliyi arasında aparılan danışıqlarda irəliləyiş əldə olunması üçün vacibdir.
Merts vurğulayıb ki, tərəflərin təmkinli davranması və mövcud razılaşmalara əməl etməsi Yaxın Şərqdə daha genişmiqyaslı qarşıdurmanın qarşısını almağa kömək edə bilər.
Rauf
























