Gəncliyi və sağlam həyatı 120 ilə qədər uzatmaq utopiya deyil, hər kəs üçün real hədəfdir.
İNFOAZ.MEDİA xəbər verir ki, ənənəvi tibb adətən qocalıq dövründə ortaya çıxan xəstəlikləri tapmağa və onları müalicə etməyə çalışır. Yeni elmi yanaşmalar isə bu xəstəliklər yaranmazdan əvvəl bədəndə baş verən dəyişiklikləri aşkar etməyə yönəlib. Əgər bu dəyişikliklər vaxtında müəyyən edilərsə, qabaqlayıcı tədbirlər görmək mümkün olar və qocalma prosesi xeyli gecikdirilə bilər.
Alimlərin sözlərinə görə, ömür uzunluğu təkcə tibbi texnologiyalardan asılı deyil. İnsan ömrünün təxminən 25 faizi irsiyyətlə bağlıdırsa, qalan 75 faizi epigenetik amillər — yəni həyat tərzi, davranışlar və ətraf mühitin təsiri ilə müəyyən olunur. Bu faktorlar birbaşa yaşlanma sürətinə və ümumi sağlamlıq vəziyyətinə təsir edir.
Liflə zəngin qidalar mitoxondriyanın fəaliyyətini dəstəkləyərək qocalmanı ləngidə bilər.
Müntəzəm və balanslı qidalanma, stressin azaldılması, fiziki aktivlik və sağlam həyat tərzi uzunömürlülüyün əsas açarlarıdır.
Jalə
























