Qrenlandiyabackend

ABŞ–NATO razılaşması: Qrenlandiyaya raketlər yerləşdirilə bilər

ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rutte arasında müzakirə olunan razılaşma Amerika raketlərinin Qrenlandiyada yerləşdirilməsini və Vaşinqtona adada mineral hasilatı hüququnun verilməsini nəzərdə tutur.

İNFOAZ.MEDİA xəbər verir ki, razılaşma həmçinin NATO-nun Qrenlandiyada mövcudluğunun gücləndirilməsini və Çin təsirinin qarşısının alınmasını əhatə edir. Sazişin icrası Trampın Avropa ölkələrinə tarif tətbiq etməmək vədinə bağlıdır.

Danışıqlarda Qrenlandiyanın suverenliyi və ABŞ qoşunlarının sayının artırılması müzakirə olunmayıb. Tramp yanvarın 21-də Rutte ilə Qrenlandiya üzrə razılaşma əldə edildiyini açıqlayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki