image-abd-li-gazeteci-irak-ta-kacirildi-19705311_ampbackend

ABŞ-li jurnalist İraqda qaçırıldı – FOTO

Amerikalı jurnalist Şelli Kitlson ötən gün Bağdadın mərkəzində naməlum silahlı şəxslər tərəfindən qaçırılıb.

İNFOAZ.MEDİA xəbər verir ki,İraq Daxili İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada qeyd olunub ki, amerikalı jurnalist Şelli Kitlson paytaxt Bağdadda qaçırılıb. Açıqlamada bildirilib ki, hadisədə iştirak edən şəxslərdən biri artıq saxlanılıb.

Daxili İşlər Nazirliyi əlavə edib ki, qaçırılan amerikalı jurnalistin xilas edilməsi və hadisə ilə əlaqəli digər şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Qeyd olunub ki, cinayətdə iştirak edən hər kəs barəsində qanuni tədbirlər görüləcək.

EMİN
İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki