ABŞ-ın Qüdsdəki səfirliyi Yaxın Şərqdə vəziyyətin gərginləşə biləcəyi ilə bağlı bölgədəki amerikalılara təhlükəsizlik xəbərdarlığı edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Səfirlik amerikalıları “ayıq-sayıq olmağa” çağırıb və mümkün gərginləşmə, aviareyslərin ləğvi və hava məkanlarının bağlanması ilə bağlı hazırlıqlı olmağı tövsiyə edib.
Xəbərdarlıqda İran və onun müttəfiq qruplarının xaricdə ABŞ-ın maraqlarına qarşı hücumlar həyata keçirə biləcəyi bildirilib.
Səfirlik bununla belə, ABŞ vətəndaşlarının təxliyəsi barədə göstəriş verməyib. İsrail üçün səyahət xəbərdarlığının səviyyəsi də “Səyahətə yenidən nəzər salın” (Level 3) olaraq qalır.
Amerikalılara İsrail ordusunun Daxili Cəbhə Komandanlığının tətbiqini yükləmək, ən yaxın sığınacağın yerini əvvəlcədən müəyyənləşdirmək, zəruri ehtiyatları saxlamaq və uçuşlar barədə məlumatı birbaşa aviaşirkətlərdən dəqiqləşdirmək tövsiyə olunub.
Rauf
























