ABŞ donanması yola düşdü – Trampdan İrana xəbərdarlıqbackend

ABŞ donanması yola düşdü – Trampdan İrana xəbərdarlıq

ABŞ Prezidenti Donald Trampın İrana dair açıqlamaları və Davosda keçirilən Dünya İqtisadi Forumunda səslənən Yaxın Şərqlə bağlı iddiaları regional təhlükəsizlik gündəmini yenidən aktuallaşdırıb. Tramp Vaşinqtona qayıdarkən jurnalistlərin suallarını cavablandıraraq İrana qarşı mümkün hərbi əməliyyatlara işarə edib və bölgəyə çoxsaylı hərbi gəmilərin göndərildiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, xarici mətbuatda yayılan iddialara görə, peyk görüntüləri ABŞ-ın İrana qarşı hərbi hazırlıqlar gördüyünü göstərir. Bildirilir ki, ABŞ Yaxın Şərqə F-15 döyüş təyyarələri və hava hücumundan müdafiə sistemləri yerləşdirib.

The Wall Street Journal yazır ki, F-15 qırıcıları mümkün İran əməliyyatı üçün kütləvi şəkildə İordaniyaya yerləşdirilib. Eyni zamanda C-17 nəqliyyat təyyarələri ilə hərbi texnika və logistika daşınır. Mümkün hücum zamanı İordaniyakı Müvaffaq Salti Hərbi Hava Bazası əsas start nöqtəsi kimi qiymətləndirilir. Qəzetin məlumatına görə, Tramp İrana qarşı qətiyyətli hərbi addımları, hətta rejim dəyişikliyini istisna etmir.

Bundan əvvəl WSJ ABŞ rəsmilərinə istinadən daha məhdud variant kimi İran İnqilab Keşikçiləri Korpusuna (IRGC) məxsus obyektlərin hədəfə alınmasının müzakirə edildiyini yazmışdı.

Digər tərəfdən, ABŞ Mərkəzi Komandanlığında (CENTCOM) fəallığın artdığı bildirilir. The War Zone nəşrinə danışan mənbə Trampın USS Abraham Lincoln aviadaşıyıcısının hərəkət marşrutuna dair göstəriş verdiyini, bölgəyə əlavə nəqliyyat təyyarələri və havada yanacaq dolduran tankerların göndərildiyini açıqlayıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki