TikTok platformasında **“Velizar”** ləqəbi ilə tanınan tiktokerin canlı yayımı sosial şəbəkə istifadəçiləri arasında geniş rezonans doğurub. Belə ki, Velizar canlı yayım zamanı **xəstə bir uşağı efirə qoşaraq cəmi 5 dəqiqə ərzində 10 min manat məbləğində ianə toplayıb**.
İNFOAZ.MEDİA xəbər verir ki, qısa müddət ərzində bu qədər yüksək məbləğin yığılması izləyicilər arasında **təəccüb və şok effekti** yaradıb. Canlı yayım zamanı izləyicilər ard-arda ianələr göndərərək xəstə uşağın müalicəsinə dəstək olublar. Toplanan məbləğ TikTok platformasında nadir hallarda rast gəlinən göstəricilərdən biri kimi qiymətləndirilir.
Son dövrlərdə sosial şəbəkələr **yardım kampaniyalarının əsas platformalarından birinə çevrilib** və bu cür qısa zamanda böyük məbləğlərin toplanması ictimaiyyətin emosional reaksiyasını daha da gücləndirir.
Jalə
Посмотреть эту публикацию в Instagram
























