image-5818954321670901891backend

286 gün dənizdə qalan ABŞ təyyarədaşıyanı Taylanda paslı halda çatdı

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Abraham Lincoln” təyyarədaşıyanı 286 gün dənizdə qaldıqdan sonra Taylandın Laem Çabang limanına çatıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Gəminin gövdəsində güclü pas izləri və boya aşınmaları müşahidə olunub. Təyyarədaşıyanı bu müddət ərzində Yaxın Şərqdəki əməliyyatlarda iştirak edib və uzunmüddətli fasiləsiz dəniz missiyası həyata keçirib.

ABŞ Hərbi Dəniz Qüvvələri gəminin xarici görünüşünün uzunmüddətli missiya üçün normal olduğunu bildirib. “USS Abraham Lincoln”un kapitanı Den Kiler də vəziyyətlə bağlı “bu, uzunmüddətli missiya üçün normaldır” deyib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki