image-pakpurbackend

“12 günlük münaqişədən dərs çıxarmışıq” – İMKAN VERİLMƏYƏCƏK

İranda daxili gərginlik fonunda hərbi ritorika yenidən sərtləşib. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general Məhəmməd Pakpur ABŞ və İsraili “səhv hesablamalardan” çəkinməyə çağıraraq, SEPAH qüvvələrinin tam döyüş hazırlığında olduğunu bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Pakpurun sözlərinə görə, İran iyun ayında baş verən 12 günlük münaqişədən dərs çıxarıb və oxşar ssenarilərin təkrarlanmasına imkan verməyəcək. O vurğulayıb ki, SEPAH Ali Baş Komandanın – İranın Ali Lideri Əli Xameneinin əmrlərini yerinə yetirməyə tam hazırdır.

Bəyanat milli bayram günü İran dövlət televiziyasında yayımlanıb. Qeyd edək ki, general Pakpur ötən il 12 günlük münaqişə zamanı öldürülən Hüseyn Səlaminin ardından SEPAH-a rəhbərlik etməyə başlayıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp da son günlər İrana qarşı mümkün hərbi əməliyyatlara işarə edib və Amerika hərbi gəmilərinin İran istiqamətində hərəkət etdiyini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki