image-zelenskijbackend

Zelenski: “Üç gün ərzində Rusiyanın enerji infrastrukturuna hücum etmədik, onlar isə bizə hücum etdilər”

Ukrayna Prezidenti Volodimir Zelenski enerji atəşkəsi dövründə Rusiya neft emalı zavodlarına və dizel yanacağı ilə əlaqəli infrastruktura zərbələr endirməmək barədə hərbçilərə göstəriş verdiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Zelenski bu qərarın enerji atəşkəsinin pozulması ilə bağlı ittihamların qarşısını almaq məqsədi daşıdığını qeyd edib.

“Haqlı olsaq belə, kimsə enerji atəşkəsini bizim pozduğumuzu deyə bilər. Mən bu oyunun bir hissəsi olmaq istəmirəm. Buna görə də üç gün ərzində Rusiyanın enerji və dizel infrastrukturlarına hücum etmədik. Onlar isə üç gün ərzində bizə hücum etdilər”, – deyə Zelenski bildirib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki