İsrail ABŞ-ın “Boeing” şirkəti ilə 12 ədəd “Apache” hücum helikopterinin alınmasına dair müqavilə imzalayıb. Helikopterlərin tədarükünə 2030-cu illərin əvvəllərində başlanması planlaşdırılır.
İNFOAZ.MEDİA xəbər verir ki, İsrail hökuməti satınalma üçün 1 milyard şekel vəsait ayrılmasını təsdiqləyib. Məlumata görə, maliyyələşdirmə əsasən ərəb icmalarının inkişafı üçün nəzərdə tutulan beşillik proqramın ixtisarı hesabına həyata keçiriləcək.
Rauf
























