Tanınmış türkiyəli müğənni Murat Boz və Ayazağada yerləşən “Phoenix” studiyasında köməksiz qalan yüzlərlə əməkdaş təxliyə edilib.
Bununla bağlı müğənni özünün sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Jandarma və Sahil Təhlükəsizliyi qüvvələri təxliyə işlərini həyata keçiriblər və səhər saatlarında onlar xilas ediliblər.
























