ABŞ ordusu İrana məxsus enerji infrastrukturu və nüvə obyektlərinə, o cümlədən Pikaks Mauntin obyektinə qarşı “bütün bombaların anası” adlandırılan MOAB-dan istifadə ehtimalını nəzərdən keçirən planlar hazırlayıb.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilir ki, mümkün zərbələr ABŞ-da aralıq seçkilərdən əvvəl və ya sonra həyata keçirilə bilər.
Məlumata görə, rəsmilər MOAB-ın yerin dərinliklərində yerləşən nüvə obyektlərini tamamilə məhv edə biləcəyinə şübhə ilə yanaşırlar. Bununla belə, bombanın psixoloji təsir vasitəsi kimi istifadə oluna biləcəyi, ABŞ Prezidenti Donald Trampa simvolik qələbə elan etmək və genişmiqyaslı müharibəni yenidən başlatmadan qüvvələri geri çəkmək imkanı verə biləcəyi bildirilir.
Qeyd edək ki, MOAB ABŞ-ın ən güclü qeyri-nüvə bombası hesab olunur.
Jalə
























