image-5947003402892021682backend

Netanyahu və Smotriç ərəb seçki məntəqələrinə 2 000 müşahidəçi göndərməyi planlaşdırır

İsrailin Baş naziri Benyamin Netanyahu və maliyyə naziri Bezalel Smotriçin 2026-cı il seçkiləri zamanı ərəb seçki məntəqələrinə 2 000 müşahidəçi göndərməyi planlaşdırdıqları bildirilir. Bu addımın əvvəlki seçkilərdə baş verdiyi iddia edilən səsvermə saxtakarlıqlarının qarşısını almaq məqsədi daşıdığı qeyd olunur.

İNFOAZ.MEDİA xəbər verir ki,  bu barədə “Haaretz” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, İsrail Mərkəzi Seçki Komitəsi “Likud” partiyasının oxşar iddialarını əsassız hesab edib. Komitə ərəb seçki məntəqələrinə polis əməkdaşlarının göndərilməsinin iğtişaşlara səbəb ola biləcəyi barədə də xəbərdarlıq edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki