image-pedro-sanchezbackend

İspaniyanın Baş naziri Mərakeşlə münasibətlərin inkişafını istədiklərini bildirib

İspaniyanın Baş naziri Pedro Sançez ölkəsinin Mərakeşlə mümkün qədər yaxşı münasibətlər qurmağa çalışdığını bildirib.

İNFOAZ.MEDIA xəbər verir ki, Sançez iki ölkə arasında mehriban qonşuluq prinsiplərinə əsaslanan konstruktiv münasibətlərin tərəfdarı olduqlarını vurğulayıb.

“Biz həmişə Mərakeşlə mümkün olan ən yaxşı münasibətlərə sahib olmaq istəmişik və bunun üçün çalışmışıq. Hər zaman mehriban qonşuluğa əsaslanan konstruktiv münasibətlərin qurulmasını arzulamışıq”, – deyə o qeyd edib.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki