İsrailin BMT-dəki səfiri Denni Danon İranın, “Hizbullah”ın və regiondakı digər radikal qrupların İsraildə seçki dövründən sui-istifadə etməyə çalışdıqlarına dair məlumatların olduğunu bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Danon mümkün təxribat xarakterli ballistik raket təlimləri, kiberhücumlar və dezinformasiya kampaniyalarının fərq etmədiyini vurğulayıb.
O, İsraili təhdid etməyə və ya ona hücum etməyə cəhd göstərən hər kəsin ağır nəticələrlə üzləşəcəyi barədə xəbərdarlıq edib.
Rauf
























